Newscenter.az.1.03.2022. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.
Newscenter.az İctimai Birliyiə istinadən xəbər verir ki, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olmuş və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb. 2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Tət-tər rayonlarının ərazisində baş verib.
Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.
Mehman