Newscenter.az.1.03.2022. Zoom video-konfrans platforması vasitəsilə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin sayca 33-cü iclası baş tutub. Newscenter.az xəbər verir ki, komitənin üzvü Könül Nurullayeva da iclasda iştirak edərək, cari məsələlərlə əlaqədar fikir və təkliflərini bölüşüb.
Nəzərinizə çatdıraq ki, Türkiyə Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, Türkiyə Gənclər və İdman Nazirliyinin nazir müavinləri, Təşkilat Komitəsinin üzvlərinin iştirakı, İHİF-in baş katibi Mohammed Saleh Əl Qarnasın rəhbərliyi ilə baş tutan komitə iclasında “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının uğurlu təşkili istiqamətində aparılan ən son hazırlıq işləri, o cümlədən akkreditasiya sistemi, könüllülük proqramı, idman proqramı, açılış və bağlanış mərasimi və s. bu kimi məsələlər müzakirə edilib.
Görüş zamanı, həmçinin 8-18 avqust 2022 tarixlərində Türkiyənin Konya şəhərində baş tutacaq 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı 57 dövlətin nümayəndə rəhbərlərinin iştirakı ilə keçiriləcək toplantının gündəliyi barədə də danışıqlar aparılıb.
Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri son olaraq isə 6-cı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə əlaqədar ilkin məsələlərdən bəhs ediblər.
Ruhiyyə