Newscenter.az.1.03.2022. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Newscenter.az xəbər verir ki, əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə AQTİ ilə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BIOR) arasında onlayn formatda görüş keçirilib.
Görüşdə İnstitutda qida təhlükəsizliyi, baytarlıq və fitonasitar sahədə aparılan və planlaşdırılan elmi-tədqiqat işləri, eləcə də AQTİ tabeliyində fəaliyyət göstərən laboratoriyalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda İnstitutda həyata keçirilən tədqiqat işləri və peşəkar kadrların formalaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Daha sonra BIOR İnstitutunun direktoru Aivars Berzins qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Görüş çərçivəsində AQTİ və Latviyanın BIOR İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.
Sevinc