Newscenter.az.1.03.2022. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 30-da cənub zonasında vətəndaş qəbulu həyata keçirəcək.
Newscenter.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul Lənkəran Şəhər, rayon Polis Şöbəsində baş tutacaq. Nazir Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.