Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-NATO müharibəsi ola bilər



Newscenter.az.1.03.2022. Bugün yayılan məlumatlara görə Rusiya Ukrayna üzərində işğalçılıq siyasətini tam bərqarar etməsi üçün xeyli sayda qoşunla paytaxt Kiyevə hücuma keçməyə hazırlaşır. Artıq 6 gündür uğur qazanmayan, əksinə böyük müqdarda itki verən Kremil administrasiyası bu addımı atmaqla yanaşı həm də son şansını yoxlayır. Bugün Belarusiya qoşunları da müharibəyə qoşularaq Ukrayna ərazisinə qoşun yeridib.

Burada diqqəti çəkən digər önəmli məsələ isə bugün ərzində baş verib.

1. Ukraynaın Avropa Birliyinə qəbul olması üçün ərizə verməsi,
2. Britaniya baş naziri Boris Conson və NATO baş katibi Yens Stoltonberqin öncə Polşadakı, sonra Estoniyadakı NATO hərbi bazalarına səfər etmələri və burada Putinə mesaj vermələridir. Burada yaddan çıxarmaq lazım deyil ki, NATO sərhəddə 100 mindən çox canlı qüvvə və xeyli sayda silah-sursat və hərbi teznika yığır.

Burada diqqət edilməli əsas məsələlər də bunlardır.

1. Avropa dövlətləri Ukraynada döyüşmək istəyən vətəndaşlarına rəsmi şəkildə icazə verməsi,
2. Ukraynanın belə qısa vaxta AB-yə qəbuluna çalışmaları.

Hesab edirəm ki, Qərb dövlətləri Ukraynanı AB-yə qısa vaxtda qəbul edərsə, prosesin davamı olaraq NATO-nun qapılarını aça bilər və Ukraynanı Alyansa ala bilər.

Əgər bu gözləntilər baş verərsə, bu artıq Rusiya-Ukrayna deyil, eyni zamanda Rusiya-NATO müharibəsi ola bilər. Təbii ki, proseslər sürətlə dəyişir regionda. Ona görə də yaxın perspektivdə bu qeyd edilənlərin baş verməsi gözlənilən ola bilər.

Samir Hümbətov
Xəbəri paylaş