Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynada 6 min əsgər itirib



Newscenter.az.1.03.2022. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb.

“Report”un xəbərinə görə, dövlət başçısı feysbuk vasitəsilə xalqa video-müraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb.

Onun sözlərinə görə, Rusiya real itkilərinin gizlədir.

“Ukraynanın Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir. Xarkov və Kiyev indi Rusiya üçün daha vacib hədəfdir. Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim payataxtmıza doğru hərkət etdikləri kimi Xarkova da giriməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimizi üçün başlıca məsələdir”, - V.Zelenski vurğulayıb.

Qeyd edək ki, fevralın 28-də Rusiya qoşunları Xarkovda mülki obyektləri və yaşayış binalarını raket atəşinə tutub.
Xəbəri paylaş