Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya bir zərbə də tərəfdaşı Hindistandan gəldi

Rusiyaya bir zərbə də tərəfdaşı Hindistandan gəldi


Newscenter.az.1.03.2022. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, davam edən işğal və qətliam Kremlin tərəfdaş adlandırdığı dövlətləri də qorxudub. Misal üçün Rusiyanın Avropadakı dostları arasında Macarıstanın, Yunanıstanın və Kipr Yunan Respublikasının adı çəkilirdi. Kreml ümid edirdi ki, bu ölkələr Avropa İttifaqının Rusiya əleyhinə yekdil qərar qəbuluna mane olacaqlar. Ancaq bu ölkələr belə Rusiyanın qəsbkar siyasəti fonunda Kremli müdafiə edə bilməyəcək duruma sürükləniblər, Rusiyanın SWİFT-dən çıxarılmasına tərəfdar olublar.

Rusiyaya bir zərbə də tərəfdaşı Hindistandan gəlib. Bugünlərdə Rusiyanın işğalçı siyasətinə qarşı BMT-də səsvermə keçirilərkən Hindistan Rusiya əleyhinə səs vermədi. Ancaq Dehli də Qərbin sanskiyaları ilə hesablaşmaq məcburiyyətində qalıb. Hindistanın nə böyük bankı olan “State Bank of India” Rusiya şirkətləri ilə əməkdaşlıqdan imtina edib. Bu anlaşılandır. Hindistanın bankı Qərb sanksiyalarıyla üzləşən Rusiya şirkətləri ilə bank köçürmələri həyata keçirmək istəmir. Çünki bu halda Hindistan bankı özü gərəksiz problemlərlə üzləşəcəkdi. Hindistan bankı yazılı açıqlamada bildirib ki, sanksiya altında olan heç bir Rusiya şirkətinə xidmət göstərilməyəcək.

Bu hələ başlanğıcdır. Hindistan keçmiş illərdə Rusiya hərbi texnikasına maraq göstərirdi. Ancaq Rusiyanın Ukraynaya müdaxiləsi bu ölkənin hərbi texnikasının yüksək olmadığını göstərir və mümkündür ki, Dehli Moskva ilə hərbi əməkdaşlığın miqyasını azaltsın. Onsuz da son illər Rusiya – Çin ittifaqını müşahidə edən Dehli Vaşinqtonla yaxınlaşma siyasətinə üstünlük verməyə başlamış və Qərb ölkələrinin hərbi texnika bazarına diqqəti yönəltmişdi.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş