Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda bir neçə kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib



Newscenter.az.1.03.2022. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Güdəcühür kənd, Axtaçı Muğan kənd, Şıxsalahlı kənd, Osmanlı kənd, Qaragüney kənd və Dadaşbəyli kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncaqlarında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonda ərazi partiya təşkilatlarının qeydiyyatında duran bir sıra partiya veteranları YAP Sabirabad rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.

Mehman
Xəbəri paylaş