Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlaka yararsız 15 tondan artıq süd məhsulları zərərsizlışdirilib



Newscenter.az.1.03.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 13 adda, 15 444 kq müxtəlif növ süd məhsulları və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş