Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb



Newscenter.az.1.03.2022. Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb: Newscenter.az Fonda istinadən xəbər verir ki, bunlar Alıyev Seymur Cavanşir oğlu, Zöhrablı Təbriz Atamoğlan oğlu və Şirəliyev Mehman İbrahim oğludur.

Qazilərimizdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Sevinc
Xəbəri paylaş