Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astarada ötən il 18517 hektar sahədə suvarma işləri aparılıb



Newscenter.az.2.03.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Astarada su təminatı ilə bağlı əkin sahələrində problemlər yaşanmasın deyə artıq ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb. Selötürücü və suötürücü kanalların, qapalı və açıq şəbəkələrin təmizlənməsi və əkinçiliklə məşğul olan əhalinin istifadəsinə verilməsi üçün işlər mütəmadi olaraq davam etdirilir.

Əlverişli iqlim şəraitinə malik kənd təsərrüfatı rayonlarından biri olan Astarada 4500 hektardan çox suvarılan əkinə yararlı torpaq sahəsi var. Astara suvarma sistemləri idarəsi suvarma suyunun tələbatçılara vaxtında, itkisiz verilməsi, məhsuldarlığın əvvəlki illərə nisbətən artırılması üçün öhdəsinə düşən işləri görməkdədir. İdarənin əsas fəaliyyətindən biri suvarma, suötürücü və magistral kanalların işlək vəziyyətdə saxlanılmasıdır. Bunun üçün də bu ilin əvvəlindən başlayaraq artıq indiyə kimi ümumilikdə 3000 paqonometr məsafədə kanalların lil və palçıqdan təmizlənmə işləri həyata keçirilib.
Astara rayonu ərazisində 4 su mənbəyindən istifadə olunur. Lovayın və Xanbulançay su anbarları, Astaraçay və Pensərçaydan əkin sahələrinə suyun ötürülməsi təmin edilir.

2021-ci ildə bu 4 mənbədən 22 milyon 394 min kubmetir su götürülüb və sahələrə 17 milyon 800 min kubmetir su verilib. Ötən ili Astara suvarma sistemləri idarəsi üçün uğurlu saymaq olar, çünki quraqlıq olmasına baxmayaraq növbəli şəkildə və vaxtında suyun verilməsi təmin edilib. İlin əvvəlindən selötürücü və suötürücü kanalların lildən və palçıqdan təmizlənmə işlərinə başlanılmışdı və bu da öz nəticəsini verdi.

Hazırda Astaranın Şuvi kəndinin təsərrüfatında bəzi qapalı borularda sızma və dağılmalar olduğundan həmin ərazilərdə qaynaq işləri görülür. Rayonun Pensər kəndi ərazisində müxtəlif diametrli dəmir boru şəbəkələrində və siyirtmələrdə işlər davam etdirilir. Suvarma sistemlərinin mühafizəsi, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmiri həyata keçirilir.

Sevinc
Xəbəri paylaş