Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Əməkdar elm xadimi koronavirusdan vəfat edib-FOTO



Newscenter.az.2.03.2022. Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov koronavirusdan vəfat edib.

Bu barədə Newscenter.az-a ali məktəbdən məlumat verilib.

V.Mürsəlov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.
Xəbəri paylaş