Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çeçenistanın ilk Fəxri Vətəndaşı Çeçen xalqına müraciət etdi - VİDEO

Çeçenistanın ilk Fəxri Vətəndaşı Çeçen xalqına müraciət etdi - VİDEO


Newscenter.az.2.03.2022. Fevralın 24-də Bakı vaxtı ilə səhər saat 7-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. Hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir. Artıq dünyanın bir sıra dövlətləri Ukraynaya dəstəyini ifadə edib.

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib. “Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, “Tiqr” və “Ural-VV” zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kalon hərəkət edir. Texnikanın “Kadırov polku”na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub. Kadırov polku”nun Ukrayna sərhədlərinə göndərilmək üçün Çeçenistandan yola çıxdığını göstərən kadrlar isə sosial şəbəkələrdə yayılıb.

Newscenter.az xəbər verir ki, Çeçenistanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak etməsi Azərbaycan ictimaiyyətində də kəskin reaksiyalara səbəb olub. Şəhid qardaşı, Qazi, Çeçenistanın ilk Fəxri vətəndaşı və Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov məsələylə bağlı bəyanat yayıb. O Qafqaz xalqlarının vətənpərvərlərinə, vaynax xalqına, çeçen millətinin mərd nümayəndələrinə səslənərək, Ukraynın işğalçılara qarşı haqq savaşına dəstək olmağa çağırıb:

"Mən, Arif Məhərrəmov olaraq dünya miqyasında dinc insanların həlak olması ilə əlaqədar baş verənlərə biganə qalmayaraq və Rusiyanın Ukraynaya olan hücumunu pisləyərək öz etiraz səsimi ucaltmaqla işğalçılıq müharibəsinin dayandırılmasını tələb edirəm.

Baxmayaraq ki, Rusiya ilə rəsmi sənədlərdə mütəffiq olsaq da, amma Azərbaycanın tarixlərdən bəri işğalçılıq prinsiplərinə əsasən hücumlara məruz qalmağımız, Azərbaycanın tarixi ərazilərimizdə Ermənistan Respublikasının yaradılmasında, indi də davam edən Qarabağımızın işğal edilməsində, 1990-cı il 20 yanvar-1992-ci il Xocalı faciələrimizin və Qafqaz bölgəmizin işğalı nəticəsində Qafqaz xalqlarının məhv edilməsinin, həmiçinin Çeçenistan faciəsinin baş verməsində əsasə səbəb Rusiya imperiya rəhbərliyinin qərəzlə edilən məkrli siyasəstində görürəm!!! Dünyanı təhdid edən imperiya rəhbərliyinə etiraz edən rus xalqının mübarizliyinə öz rəhbərləri tərəfindən amansızlıqlarla təzyiqlər göstərilməklə imperiya rəhbərlərinin haqsız əməlləri rus xalqının mövqeyi olduğunu göstərməyə çalışırlar. Dünya liderlərinə səslənirəm!!! Rusiya rəhbərliyinin işğalşılıq siyasəsətini durdurun. Mən Ukraynanın haqqının tərəfdarıyam. Yaşasın Azərbaycanın və Ukraynanın əbədi dostluğu!!! Hər kəsi sülh və barış uğrunda mübarizəyə səsləyirəm!!!
Çeçenlərə səslənirəm!!!

Ukraynada ukrayna xalqına qarşı çeçenlərin savaşması bağışlanmayan tarixi səhvdir. Qafqaz xalqlarının vətənpərvərlərinə, vaynax xalqına, çeçen millətinin mərd nümayəndələrinə səslənərək xahiş edirəm ki, Ukraynın işğalçılara qarşı haqq savaşına dəstək olsunlar. 1994-1996 və 1999-2000-ci illərdə Çeçenistana edilən zümləri bağışlayıb unudanlar xəyanətkar satqınlardır!!! Mən Şeyx Şamil hərəkatının Qafqaz xalqları uğrunda aparılan haqq savaşının davamçısı olaraq, yaralandığım 20 Yanvar və 1990-cı il Xocalı faciəsində xalqıma qarşı və həmçinin Çeçenistan savaşında - Qafqaz xalqlarına qarşı yaşadılan zülmləri zülmləri unutmadım - heç bir vaxt da unutmayacağam!!!"

Xəbəri paylaş