Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı qadınlararası stolüstü tennis yarışında qalib olub



Newscenter.az.2.03.2022. Martın 1-də “Şüa” İdman Kompleksində dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Yarışda Dövlət Gömrük Komitəsinin əməkdaşları da iştirak edib.

Newscenter.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə keçirilən stolüstü tennis yarışında 13 dövlət qurumunun əməkdaşları iştirak ediblər.

Yarış ölkədə bədən tərbiyəsinin və idmanın əhali arasında geniş təbliğ olunmasını, həmçinin qurumlar arası qarşılıqlı əməkdaşlığın inkişafını təmin etmək məqsədilə təşkil edilib.

Ümumilikdə 36 nəfərin iştirakı ilə keçirilən turnirdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Günel Xanlarova uğurlu nəticə göstərərək birinci yerə layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.

Sevinc
Xəbəri paylaş