Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

OPEC - in aprel ayında neft hasilatını artırmaq təşəbbüsünə Azərbaycan da qoşulub



Newscenter.az.2.03.2022 Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barrel artırılmasına Azərbaycan da razılıq verib.

Newscenter.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olmasını nəzərdə tutur. Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonuna qədər uzadılmasına dair qərar qəbul edilib.

Sevinc
Xəbəri paylaş