Newscenter.az.2.03.2022 Rusiya müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 400-dən çox raket atıb.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
Rəsminin sözlərinə görə, ukraynalılar hələ də kifayət qədər raketdən müdafiə sistemlərinə malikdirlər.
Pentaqon nümayəndəsi qeyd edib ki, Rusiya bəzi ərazilərə digərlərindən daha çox nəzarət edir, baxmayaraq ki, havada üstünlük Ukraynaya məxsusdur.
Müharibə başlayandan 6 gün ərzində Ukrayna Silahlı Qüvvələri artıq 6 minə yaxın rus əsgərini və yüzlərlə ağır texnikanı məhv edib. Rusiyada bu məlumatlar hələ də təsdiqlənməyib.
Fevralın 28-də Ukrayna və Rusiya arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar aparılıb. Növbəti danışıqlar martın 2-nə təyin edilib.