Newscenter.az.2.03.2022. “Hadisələrin xarakteri dəyişir. Ruslar hansısa yolla öz bölmələrinin döyüş effektivliyini saxlamağa çalışırlar. Amma bu effektivlik getdikcə azalır”.
“Report” xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb.
“Bunu düşmənin hücumu davam etdirməkdən imtina etməsi də göstərir. Rusiyada məhbusların və qurbanların yaxınları etiraz aksiyası keçirməyə başlayıb. Rusiya təbliğatının bütövlükdə yalanları üzə çıxır. Düşmən ukraynalı müdafiəçilərlə birbaşa təmasda olmaqdan qorxur. Buna görə də onlar dinc şəhərləri uzaq məsafədən hədəf alırlar. Rusiya və Belarusdan yaşayış binalarına və məktəblərə zərbə endirilir. Buna baxmayaraq, Kreml istədiyi nəticəni əldə etməyəcək. İndi bir çox şəhər və kəndlərimiz dağıdılıb. Lakin daha çox zərər görən Xarkov, Mariupol və Xersondur. Bunlara baxmayaraq biz mütləq qalib gələcəyik”, - nazir vurğulayıb.