Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxıda mənşəyi məlum olmayan ət aşkar edilib



Newscenter.az.3.03.2022 Şamaxı rayonunda reyd zamanı mənşəyi məlum olmayan ət aşkarlanıb.

Bu barədə Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişlərinin Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə şəhər ərazisində keçirdikləri reyd zamanı Həmzəyev Amil Rüstəm oğluna məxsus 99-RU-232 dövlət qeydiyyat nişanlı, “VAZ-21011” markalı avtomobildə təxmini çəkisi 350-400 kq sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.

Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Sevinc
Xəbəri paylaş