Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ işə qəbul üçün vakansiya elan edir



Newscenter.az.3.03.2022. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Xaçmaz rayonunda fəaliyyət göstərəcək yeni laboratoriyaya peşəkar kadrların işə cəlb olunmasına başlayıb. Bu məqsədlə entomoloq, fitohelmintoloq, herboloq, virusoloq ixtisasları üzrə mütəxəssislərin işə qəbulu üçün müsahibə elan edir.

Newscenter.az xəbər verir ki, AQTİ Xaçmaz rayonunda işləməyə razı olan və ya yaşayış yeri həmin əraziyə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədləri işə dəvət edir. Müsahibədə magistratura təhsili olan namizədlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Xaçmaz” yazaraq, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək, müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: +994 12 377-00-20 (530).

Sevinc
Xəbəri paylaş