Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda maaşını ala bilməyən işçilər intihara cəhd edib



Newscenter.az.3.03.2022. Xətai rayonunda beş nəfər intihara cəhd edib.

APA xəbər verir ki, hələlik şəxsiyyətləri məlum olmayanlar özlərini körpüdən atmaq istəyib.

Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər.

Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş