Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda peyvənd olunmayan mağaza əməkdaşları cərimələnib-VIDEO



Newscenter.az.3.03.2022. Bakıda peyvənd olunmayan mağaza əməkdaşları cərimələnib.

Newscenter.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşları rayonun Lökbatan dairəsində dayanma-durma və qanunsuz parklanma ilə əlaqədar reydlər keçirib.

Belə ki, DYP əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report"a bildirib ki, Lökbatan dairəsində rayon istiqamətinə hərəkət edən taksi sürücüləri avtomobillərini saxlayaraq, qanunsuz sərnişindaşıma ilə məşğul olurlar: "Həmin şəxslər digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədirlər. Nəticədə onlar tıxaca səbəb olurlar. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınır".

Onun sözlərinə görə, qeyd edilən qayda pozuntularına yol verən sürücülər barəsində müvafiq tədbirlər görülüb: "Bu istiqamətdə yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək".

Bundan başqa, Qaradağ RPİ-nin əməkdaşları mağaza və iaşə obyektlərində çalışan işçilərdən buster (3-cü doza) peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunub.

Buster doza olunmayan işçilərə xəbərdarlıq edilməklə, obyektlərin satıcısı və inzibatçısı barəsində inzibati tənbeh tədbirlər görülüb.

Xəbəri paylaş