Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda məktəbdə yanğın olub



Newscenter.az.3.03.2022. Cəlilabad rayonunda orta məktəbdə yanğın hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.

Hadisə dərs vaxtı baş versə də, şagirdlər vaxtında təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 1 sinif otağı yanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş