Deputat Jalə Əhmədova seçiciləri ilə görüşüb-FOTOLAR
Tarix: 3-03-2022, 18:31
Newscenter.az.3.03.2022 Prezident İlham Əliyevin göstərişinə əsasən regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma və təmir işləri Salyan rayonunu da əhatə edib.
Martın 2-də, kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayacaq yenidənqurma və təmir işlərinin icra olunduğu Kürqaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Cəngan kəndlərində, həmçinin Salyan şəhərinin Babazanlı qəsəbəsində görüş keçirdim. Seçicilərimlə bir araya gələrək onlarla həmsöhbət oldum, problemləri ilə maraqlandım.
Yüksək əhval-ruhiyyədə keçən görüşlər zamanı, möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsi istiqamətində gördüyü işlər, kəndlərin qazlaşdırılması və elektrik təchizatının yaxşılaşdırılması, müasir rabitə və internet sistemləri ilə təmin olunması və digər sahələrdə həyata keçirilən layihələr barədə danışdım. Həmçinin şəhid ailələri, qazilər və müharibə əlillərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən gerçəkləşdirilən layihələrin mərhələli şəkildə icra olunduğunu, ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan minlərlə şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin ediləcəyini diqqətə çatdırdım.
Xocalı kənd sakinlərini kəndin qazlaşdırılması ilə bağlı təbrik edərək evlərinin isti, ocaqlarının yanar olmasını arzuladım. Bu ilin sonuna kimi Ərəbqardaşbəyli kəndində də qaz xətti çəkilişlərinin yekunlaşdırılmasının nəzərdə tutulduğunu qeyd etdim və bildirdim ki, Ərəbqardaşbəyli kəndi, 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən və qazlaşdırılmayan sonuncu kənddir.
Seçicilərim onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə etdilər.
Jalə Əhmədova -Milli Məclisin deputatı












































