Hərbi əməliyyatlara görə Ukraynanı yarım milyonadək insan tərk edib
Tarix: 3-03-2022, 11:52
Newscenter.az.3.03.2022. “Rusiyanın hərbi işğalı başlayandan sonra Ukraynanı yarım milyonadək insan tərk edib”.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi deyib.
O, həmçinin ölkəyə humanitar yardım göstərilməsi üçün atəşin dayandırılmalı olduğunu bildirib.












































