Newscenter.az.3.03.2022. “Rusiya Ukraynanın demilitarizasiyasını sona çatdıracaq”.
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya hərbçilərinin göstərdiyi şücaət tarixə düşəcək:
“Biz hamımız hərbçilərimizin qəhrəmanlığına heyranıq. Şübhəsiz ki, onların şücaəti tarixə düşəcək, faşistlərə qarşı mübarizə bu mühüm və məsuliyyətli vəzifənin yerinə yetirilməsində göstərilən şücaətdir”.
Qeyd edək ki, Rusiya qüvvələrinin Ukraynaya hücumu nəticəsində ölkədə 2 000-dən çox dinc sakin həlak olub.