Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilərlə peşəyönümü məsləhət görüşləri keçirilir



Newscenter.az.3.03.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 13 saylı Ərazi Məşğulluq filialının əməkdaşları tərəfindən “Karyera planlaması” mövzusunda məktəblilərlə peşəyönümü məsləhət görüşləri keçirilib.

Newscenter.az xəbər verir ki, Hacıqabul rayonunun 10 və 8 nömrəli məktəblərində keçirilən görüşlərdə 8-11-ci siniflər üzrə "Özünütanıma", "Bazar Araşdırması", "Məqsəd təyini", "Fəaliyyət planı hazırlamaq " kimi mövzularda təqdimatlar edilib, məktəblilərin müasir əmək bazarı, peşə və ixtisaslar barədə sualları cavablandırılıb.

Qeyd edək ki, "Karyera Planlaması" çərçivəsində digər məktəblərdə də mütəmadi olaraq bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş