Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-NATO toqquşması ehtimalı artacaq



Newscenter.az.3.03.2022. Ukraynada müharibə uzanarsa Rusiya-NATO toqquşması ehtimalı artacaq. Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrinin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır.

Əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq? Bu Moskvanın özünü necə aparacağından asılıdır. Rusiya üzr istəyərsə gərginlikdən qurtulmaq mümkündür. Yox əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan üçüncü dünya müharibəsi risqi artacaq.


Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş