Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarkova raket zərbəsi zamanı Azərbaycanın fəxri konsulluğuna ziyan dəyib



Newscenter.az.3.03.2022. Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Ötən gün Xarkov şəhərinə atılan raketlərdən biri konsulluq binasına yaxın əraziyə düşüb.

Newscenter.az-a Xarkovdakı fəxri konsulluğumuzdan bildirilib ki, partlayış zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəyib. Buna baxmayaraq konsulluq 24 saatlıq iş rejimindən fəaliyyətini davam etdirir.

"Konsulluğumuz fəaliyyətini ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir. Xarkov şəhərində yaşayan həmvətənlərimizin evakuasiyası prosessi Xarkov vilayət adminstrasiyası və dəmiryolu idarəsi ilə koordinasiyalı şəkildə davam etdirilir. Gün ərzində 500-dən artıq həmvətənimiz daha təhlükəsiz bölgələrə evakuasiya ediliblər".

Mehman
Xəbəri paylaş