Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sabirabad rayon təşkilatının hesabat seçki yığıncaqları keçirilir



Newscenter.az.3.03.2022. Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Cavad kənd, Həsənalı kənd, Əlicanlı kənd və Zəngənə kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Hesabat yığıncaqlarında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.

YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, işlərində uğurlar arzulayıb.

Mehman
Xəbəri paylaş