Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhidin ailəsini ziyarət ediblər



Newscenter.az.3.03.2022. YAP Sabirabad rayon təşkilatının əməkdaşları İkinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda canından keçən Sabirabad rayon Qaralar kənd sakini şəhid Balakişiyev Zamin Dadaş oğlunun ailəsini ziyrət ediblər.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı şəhid ailəsini qayğılandıran bir sıra məsələlər müzakirə olunub, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.

Qeyd olunub ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini daim uca tutur.

Sonra şəhidin məzarı ziyarət edilib, üzərinə tər gül-çiçək dəstələri düzülülərək əziz xatirəsi böyük ehtiramla yad olunub. Həmçinin YAP Sabirabad rayon təşkilatının əməkdaşları şəhidin əziz xatirəsinə ucaldılan abidə kompleksinin tikintisi ilə tanış olublar.

Şəhidin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaqki, 8 mart tarixində şəhid Balakişiyev Zaminin il mərasimi olacaq.

Mehman
Xəbəri paylaş