Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda şirkət rəhbərinə cinayət işi açılıb



Newscenter.az.4.03.2022. Bakıda şirkət rəhbərinə cinayət işi açılıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.

"Baş Prokurorluq “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir", - məlumatda qeyd edilib.
Xəbəri paylaş