Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var



Newscenter.az.4.03.2022. Bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, sərnişin avtobusu kommunal xidmət avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-nin məsul şəxsi Sənan Səlimov Agentliyə çağırılıb.
Xəbəri paylaş