Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli maraqların qorunması Yeni Azərbaycan Partiyasının fəaliyyət strategiyasının mütləq prioritetidir



Newscenter.az.4.03.2022. Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və hər zaman partiyamız öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir".

YAP-ın VII Qurultayı partiyadaxili islahatlar baxımından böyük önəm kəsb edir. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, YAP-ın VII Qurultayının keçirilməsi ölkədə və regionda yaranmış yeni reallıqlarla bağlıdır: "Belə ki, Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, eləcə də, ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb".

2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Əlbəttə ki, YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir. Güclü iqtisadiyyatı, dinamik inkişafı, ordu qurculuğu sahəsində əldə olunan nailiyyətlər qısa bir zamanda Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində xalqımızın milli mübarizə ruhu, sarsılmaz həmrəyliyi, dövlətimizin gücü Azərbaycanın ermənilər tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlət başçısı Sərkərdəlik məharəti nümayiş etdirərək Qarabağın xilaskarı kimi tarixə adını həkk etdi. Bu Zəfərlə həm tarixi ədalətin, həm də beynəlxalq hüququn bərpasına müvəffəq olduq və dövlətimizin gücü bir daha dünyaya bəyan edildi.

İbrahim Kərimov
Xəbəri paylaş