Newscenter.az.4.03.2022. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin nəticələri bəlli olub.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən test imtahanının nəticələri təhlil edilərək cavablar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.
Test imtahanının nəticələrinə əsasən, keçid balını toplamış 303 namizəd müsabiqənin II (şifahi müsahibə) mərhələsində iştirak etmək hüququ qazanıb.
Şifahi müsahibənin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcək.
Qeyd edək ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən 787 nəfər elektron portal vasitəsilə qeydiyyatdan keçib, həmin şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 614 namizəd müsabiqənin test imtahanı mərhələsində iştirak imkanı qazanıb.
Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.
R.Mehdiyeva