Newscenter.az.4.03.2022. Hər bir xalqın talehində liderlik missiyasını üzərinə götürərək xalqının, ölkəsinin xilaskarına çevrilmiş şəxslər olmuşdur.
Müstəqil Azərbaycan üçün ən çətin, 90-cı illərin əvvələrində daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, siyasi, iqtisadi böhran, dövlətçiliyin mövcudluğunu sual altına qoymuşdu. Ölkəmizdə səriştəsiz rəhbərlərin fəaliyyətsizliyi nəticəsində Erməni qəsbkarlar torpaqlarımızı işğal edir, soydaşlarımız öz ata-baba yurdlarında qaçqına çevrilirdilər.
Belə bir ağır zamanda xalqın yeganə ümid yeri olan Heydər Əliyevin 1993-cü ildə yenidən Azərbaycana siyasi hakimiyyətə qayıdışı, müdrik və qətiyyətli, uzaqgörən rəhbərliyi, sayəsində Azərbaycanda xalq, iqtidar birliyi yarandı, ölkəmiz böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. Belə bir zamanda xalqı bir siyasi əqidə ətrafında toplamağa qadir olan partiyanın yaradılmasına da ciddi ehtiyac var idi. Məhz uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası yarandı.
Dahi liderin siyasi məktəbində layiqli dərs almış cənab İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən başlayaraq həyatımızın bütün sahələrində Azərbaycan böyük bir inkişaf yolu keçdi və regionun ən qüdrətli dövlətinə çevrildi. Vətənini, torpaqğını sevən yeni gənc nəsil yetişdi, ən müasir silahlarla təchiz edilmiş Milli Ordumuz yarandı.
Məhz bu gəncliyin, Ordunun qüdrəti, Ali Baş Komandanın hərb, diplomatiya, iqtisadi inkişaf istiqamətində müdrik siyasəti, dəmir yumruğu sayəsində 44 gün ərzində düşmən üzərində möhtəşəm Qələbəyə nail olduq.
Bu zəfər Qələbəsində biz Xalq-Prezident-Ordu birliyinin möhtəşəmliyinin bir daha şahidi olduq. Ölkəmizdə aparılan siyasi dialoq demokrtaik ənənələrin dərinləşməsində əhəmiyyətli rol oynadı və bu istiqamətdə YAP-ın prioritetliyi özünü bir daha təsdiq etdi.
Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyamızın 10 strateji istiqamətləri müəyyən olunmuşdur ki, bu istiqamətlər ölkə başçısı, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkəmizin rəqabət dözümlülük göstəricilərinin yüksəldilməsinə, ümumilikdə ölkəmizin, xalqımızın işıqlı, xöşbəxt gələcəyinə xidmət edir.
Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri