Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanın hərbi rəsmiləri Azərbaycana gəldi



Newscenter.az.4.03.2022. Martın 4-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəisi kontr-admiral Şifaat Ali Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.
Sonda xatirə fotosu çəkilib, nümayəndə heyətinin Xalça Muzeyinə və İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib.
Xəbəri paylaş