Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycana qarşı bu cür təxribatları davam etdirərsə,...



Newscenter.az.4.03.2022. Rusiyanın Ukraynaya işğalçı müdaxilə etdiyi və əksəriyyəti qərb dövlətləri olmaqla beunəlxalq birliyin sanksiya və təzyiqləri ilə üzləşdiyi bir vaxtda yenə də qonşu dövlətlərə qarşı təxribatlarından əl çəkmək niyyətində olmadığını hər addımda ortaya qoymaqdadır. Qəribə tərəfi də burasındadır ki, bunu hakimiyyətin kurasiyasında olan media orqanlarından həyata keçirir.

Rusiyanı "Rossiya 1" dövlət kanalıdan Azərbaycanın beynəlxalq birlik tərəfindən də tanınan və qəbul edilən ayrılmaz və soveren ərazisi Qarabağı ayrıca "respublika" kimi təqdim edilməsi fikrimcə məqsədli şəkildə həyata keçdilən təxribat ola bilər. Əlbəttə ki, Kremil administrasiyası tərəfindən nəzarətdə olan bir kanalın baş verənlərlə bağlı üzr istəməməsi və yaxud da texniki xəta olduğunu deməməsi məsələnin ciddiliyini biraz daha artırmaqdadır. Görünür son günlər beynəlxalq aləmdən sürətlə təcrid edilən Kreml adminstrasiyası bu addımla hansısa mesajları vermək istəyir.
Fikrimcə, bunlar;

1. Bir neçə gün öncə Bakıda, Ukrayna səfirliyi qarşısında azərbaycanlıların Ukraynaya dəstək aksiyası keçirməsindən yaranan qısqanclıq hissinə qarşı bir işarədir,
2. Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsinə qarşı göstərilən qısqanclıqdır,
3. Rusiya "sülhməramlıları"nın olduğu hər yeri öz əraziləri hesab etmək xülyasından da irəli gələn hisslər,
4. Kreml adminstrasiyası daxili publikaya hesablanmış bir mesaj vermək istəyir. Yəni, rus cəmiyyətinə mesaj vermək istəyir ki, biz də buradayıq,
5. 22 fevralda imzaladıqları "Müttəfiqlik" bəyannaməsinin Rusiya tərəfindən hansısa əhəmiyyətə malik olmadığını göstərmək istəyir,

Maraqlıdır ki, son çıxışlarının birində Rusiya prezidenti Vladimir Putin qonşu dövlətləri də hədələdi. Bu isə onu göstərir ki, Rusiyanın əsas hədəfi imperiya maraqlarına xidmət etməkdən ibarətdir. Əlbəttə ki, bununla bağlı olaraq Azərbaycanın müvafiq qurumları həm sözgedən telekanala, həm də əlaqədar təşkilat və qurumlara ciddi şəkildə xəbərdarlıq etməlidir.

Fikrimcə, Rusiya tərəfi bucür təxribatları davam etdirərsə, 22 fevral 2022-ci ildə imzalanmış "qarşılıqlı müttəfiqlik" haqqında sənədin nə təsdiq edilməsi, nə də hüquqi əsası qalmayacaq.

Hesab edirəm ki, Azərbaycan Rusiya üçün Ukrayna deyil və Azərbaycana qarşı atdığı addımlar da ən çox onun özünə ziyan edə bilər. Bütün dünyada təkləndiyi bir zamanda belə təxribatçı addım atması onun nə qonşuluq, nə müttəfiqlik, nə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyinin göstəricisidir.

Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri
Xəbəri paylaş