Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaporojye Atom Elektrik Stansiyası yanır



Newscenter.az.4.03.2022 Ukraynanın Prezidenti Volodimir Zelenski martın 4-nə keçən gecə Rusiya ordusu tərəfindən Enerqodardakı Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından və ardınca AES ərazisində baş verən yanğından danışıb.

“Report”un məlumatına görə, Prezident bu cür hücumların Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa biləcəyi barədə xəbərdarlıq edib və dünya dövlətlərini təcavüzkarların əməllərinə təcili cavab verməyə çağırıb:

“Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.
Xəbəri paylaş