Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 433 yeni yoluxma faktı qeydə alınıb



Newscenter.az.5.03.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1 531 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 788 958 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9 500 nəfər vəfat edib. 5 212 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 530, bu günə qədər isə ümumilikdə 6 593 522 test icra olunub.
Xəbəri paylaş