Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli



Newscenter.az.5.03.2022. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb və elə həmin gün İdman Fondunu təsis edilməklə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən isə bu əlamətdar tarix Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir:

"Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkənin ilk iki şəxsi, Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməklə bir başa prosesə daxildən nəzarət mexanizmi formalaşdırıblar. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, təmsil etdiyim Biləsuvar da idman rayonlarından biridir. Təmsil etdiyim dairə üzrə 1355 nəfər qadın olmaqla 6428 idmançımız var".

Bəhruz Məhərrəmov bildirib ki, həmçinin, dairəmiz üzrə məktəblərdə 62 nəfər fiziki tərbiyə müəllimi çalışır və sağlam bədənli və sağlam ruhda gənc nəslin yetişməsində mühim rol oynamaqdadırlar:

"Ortada isə ciddi nəticələrimiz var, rayonda idman infrastruktrun zəif olmasına baxmayaraq hər il 10-la idmançımız müxtəlif yarışlarda rayonumuzu və ölkəmizi uğurla təmsil edir, Bayrağımızı ucaldıb himnimizi səsləndirirlər. Bu əlamətdar gündə adımızı uca tutan idmançıları, təbii ki, başda öz seçicilərim olmaqla, Azərbaycanın bütün idman ictimaiyyətini təbrik edir, hər bir idmançıya həmişə sağlam, əzimli olmağı, daim milli ruha sadiq qalmağı arzulayıram".
Xəbəri paylaş