Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün 100-dən artıq azərbaycanlı Xarkovdan təxliyyə edilib



Newscenter.az.5.03.2022. Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır. Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bugün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyyə edilib.

Bu barədə məlumat Newscenter.az-a Xarkovdakı Azərbaycanın fəxri konsulluğundan daxil olub. Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların sağ qalan 2 övladı hal-hazırda qohumlarının himayəsi altındadır.

Çerkaskie Tişki gəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu ilə daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.

Həmvətənlərimizin təhlükəsiz təxliyyəsi üçün işlər davam etdirilir.

Mehman
Xəbəri paylaş