Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edəcək



Newscenter.az.5.03..2022 İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 11-də Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinın inzibati binasında (ünvan: Quba şəhəri, Yeni körpü, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsindəki “Müraciətlər/vətəndaşların qəbulu/ qəbula yazılın” bölməsində müvafiq qeydiyyatdan keçməklə Nazirliyin fəaliyyət iqtiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər (https://e-services.economy.gov.az/murac/seyyarQebulForm.aspx).

Qəbula qeydiyyat 10 mart 2022-ci il, saat 18:00-da başa çatır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Xəbəri paylaş