Newscenter.az.5.03.2022. İşğal dövründə Azərbaycan vətəndaşları öz yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum edilib, ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılıb, ya da cəsədlər çıxarılıb, təhqir olunub, qəbirüstü abidələr talan edilib.
Newscenter.az xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə dağıdılmış və təhqir edilmiş qəbiristanlıqlarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.
"Ermənistan tərəfindən işğal edilmiş, BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilmiş, Azərbaycan toponimləri erməniləşdirilmiş, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılmış və yarıuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərlərimiz təhqir edilmiş, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri aparılaraq qriqoryanlaşdırmış və ya dağıdılmışdır", - hesabatda qeyd olunub.