Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınlar milli dövlət quruculuğumuzun fəal iştirakçılarıdır



Newscenter.az.5.03.2022. Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə tanınmış, Vətənin müdafiəsində, dövlətin idarə olunmasında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Torpaqlarımızın müdafiəsi, düşməndən azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan qadını igid oğullarla çiyin-çiyinə vuruşmuş, fədakarlıq nümayiş etdirmişdir.

Müstəqillik qazanmış ölkəmizdə Ulu öndər Heydər Əliyev dövlət-qadın siyasətinin əsasını qoymuş, həyatımızın bütün sahələrində qadınlara xüsusi yer ayırmış, lider qadınların yetişməsi üçün onlara geniş meydan vermişdir.

Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin gercəkləşməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək səylə çalışır, öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gercəkləşdirə bilirlər. Mehriban xanımın hərtərəfli fəaliyyəti, xeyirxalqlıq missiyası, mədəniyyətimizin, tarixi, milli dəyərlərimizin, muğamımızın bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir və xalqımız tərəfindən yüksək dəyərləndirilir. Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü və rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan silsilə layihələrin uğurla icra olunması Azərbaycan qadının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının əyani təzahürüdür.

Azərbaycanda gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl tədbirlər həyata keçirilir. Bu gün qadınlar mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə, Yeni Azərbaycan Partiyasında uğurlu təmsil olunurlar.

Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanın inkişafına böyük töhvələr verir, Avropa, Dünya, Olimpiya birinciliklərində Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirir.

Azərbaycan qadının əməyi ölkə Başçısı tərəfindən daima yüksək qiymətləndirilir. Bu qayğıya cavab olaraq qadınlar yorulmadan öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə dövlət quruculuğunda uğurlara imza atırlar.

Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri
Xəbəri paylaş