Newscenter.az.5.03.2022. Yaxşı rəhbər özünü "Somali kralı" və ya "Ağ atlı oğlan" kimi aparmağa üstünlük vermək əvəzinə xidmət sahəsinin əhəmiyyətini dərk etməlidir.
Əvvəlcə baxaq ki, mənim üçün rəhbərin peşəkarlığı nə deməkdir. Peşəkarlıq işini bilmək deməkdir. Sırf idarəcilik və savadlı baxımından işini bilmək. Bu, özünü bütün münasibətlərdə göstərməlidir, işçilərlə münasibətdə, vətəndaşlarla münasibətdə, digər hüquq sahəsində calışan məmurlarla, cinayət törətmiş şəxalərlə və s. Bəzən “işini bilmək” ifadəsini səhv anlayırlar. Məsələn, cəza icra siyasətini həyata kecirtməkdirsə, rəhbərin cəza icra hüququnu mükəmməl bilməsi o qədər də həlledici deyil. Bunu bilərsə, əlavə üstünlük olar. Amma bu, rəhbərin peşəkarlığı üçün meyar deyil. Peşəkar rəhbər yaxşı əməliyyatçı və idarəci olmalıdır bu qədər sadə!
Peşəkar rəhbər ümumi məqsədlər naminə resursları düzgün istiqamətdə səfərbər edə bilir, motivasiyanı düzgün qura bilir. Bütün işçiləri inandıra bilir ki, hamısının məqsədi eynidir. Motivasiya yerində olanda işçilər işə gəlməyi təkcə müqavilə öhdəliyi kimi qəbul etmir, onlar üçün işə gətirən başqa hansısa dəyərlər mövcud olur. Peşəkar rəhbər işçilər üçün “əlçatmaz” olmayacaq. Hər zaman işçilərin yanında olacaq. Rəhbərlik etdiyi xidmət sahəsində hamının fikri “eşidiləcək”. Yeni ideyalar təşviq ediləcək. Qərarvermədə daha çox şəxsin iştirakını təmin edəcək. Peşəkar rəhbərlə işçini qorxu yox, qarşılıqlı hörmət bağlayacaq. Onlar tam əmin olmalıdılar ki, hər ikisi eyni məqsədə doğru hərəkət edir. Peşəkar rəhbər işçilərlə münasibətdə ədalətli olacaq, ayrıseçkilik etməyəcək.
Peşəkar rəhbər bütün resursları, o cümlədən öz vaxtını səmərəli idarə edəcək. Daha çox koordinasiya və nəzarətə üstünlük verməklə digər işləri işçilərə ötürəcək. Yəni yalnız o işləri görəcək ki, komandada o işi ayrı heç kim görə bilməsin. Rəhbər peşəkar olanda bütün prosessual proseslərdə də heç bir axsama olmur. Hamı, bütün resurslar “yerində” olur. Nə qədər güclü, kreativ komanda olsa da, əgər rəhbər onların təkliflərini başa düşmürsə, bunun heç bir mənası olmur. Ona görə də rəhbərin peşəkarlığı inkişaf üçün zəruri şərtdir. Ümumiləşdirsək, xidmətin peşəkarlığı rəhbərin peşəkarlığından keçir!
Əli İbrahimov-hüquqşünas