Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Türkiyədə Putinlə görüşəcək



Newscenter.az.5.03.2022. Ukrayna Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.

“Report”un Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah - martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək.
Xəbəri paylaş