Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ dövlət katibindən Rusiyaya XƏBƏRDARLIQ



Newscenter.az.6.03.2022. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqləri Ukraynada hərbi xüsusi əməliyyatı başa çatdırana qədər artacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Rusiyaya təzyiq nəinki misli görünməmişdir, nəinki Rusiyada konkret nəticələr verir, həm də bu təzyiq yalnız davam edəcək, bu seçim müharibəsi bitənə qədər artacaq”, - Blinken deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələri və beynəlxalq təşkilatların tətbiq etdiyi antirusiya sanksiyalarının müharibə elanına oxşadığını, lakin hələ buna gətirib çıxarmadığını bildirib.
Xəbəri paylaş