Newscenter.az.6.03.2022. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov vəfat edib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, Məhəmməd Məmmədov 1957-ci il avqustun 18-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olub.
1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1978-1983-cü illərdə Ordubad rayonunun Dəstə kənd orta məktəbində müəllim işləyib. 1986-cı ildən BDU-da çalışırdı. 1983-1986-cı illərdə BDU-nun əyani aspirantı olub. 1987-ci ildə „Azərbaycan dilində feli adlar“ adlı dissertasiya müdafiə edib və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, 1994-2007-ci illərdə BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında baş müəllim işləyib.
2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasında dosent kimi çalışırdı.
Allah rəhmət eləsin!
Mehman