Newscenter.az.6.03.2022. Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 445 125 810 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 994 937 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 265 726 nəfərə çatıb, 958 437 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 962 953 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 515 036 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 040 800 nəfər virusa yoluxub, onlardan 652 126 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 191 580 yoluxma, 140 264 ölüm halı qeydə alınıb.