Newscenter.az.6.03.2022. Bu gün paytaxtın Nizami rayonundan olan Vətən müharibəsi şəhidi Həsənov Cavid Mikayıl oğlunun doğum günüdür. Newscenter.az xəbər verir ki, bu gün münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub, ailə üzvləri, yaxınları ilə görüşüblər.
Qeyd edək ki, Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik və cəsarət göstərən Cavid Həsənov 20 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhadətə yüksəlib. II Fəxri Xiyabanda dəfn olunan şəhidimiz düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə Prezident İlham Əliyev tərəfindən "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları təltif edilib.
II Fəxri Xiyabanda Nizami rayonundan olan digər şəhidlərin, eləcə də Milli Qəhrəman Polad Həşimovun məzarları da ziyarət olunub, xatirələri ehtiramla yad edilib.
Ruhiyyə